Qusarın Balaqusar kənd sakinləri rayon başçısı Sahir Məmmədxanova problemlərini çatdırıblar.
Bizim.Media-nın məlumatına görə, vətəndaşlar kənd uşaq bağçasının əsaslı təmir edilməsi, Balaqusar-Həsənqala yolunun asfaltlanması və kənddaxili yolların təmiri, yay aylarında suvarma su ilə təminatında yaranan problemlər, yaşayış evlərinə çıxarışın verilməsinə köməklik göstərilməsi ilə bağlı Sahir Məmmədxanova müraciət ediblər.
Kənddə məişət tullantıları üçün yerlərin hazırlanması, kənd daxili yolda avtomobillərinin sürətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsini bildiriblər.
Başçı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.