top
Üç medalla təltif olunan, 18 yaşında şəhid olan qusarlı kəşfiyyatçı
17 oktyabr 2025, 13:30
- ↺ +

Üç medalla təltif olunan, 18 yaşında şəhid olan qusarlı kəşfiyyatçı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Cibir kəndi Vətən müharibəsində 4 şəhid verib. Qəhrəman kəndin şəhid övladlarından biri 18 yaşlı Malik Xeyirbəyovdur. Malik Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.

Malik Xeyirbəyov 2002-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olub. Evin böyük övladı olan Malikin iki qardaşı və bir bacısı var.

Şəhidin atası deyir ki, Malik 2008-ci ildə birinci sinfə gedib. Dərslərini yaxşı oxuyub. Sonra kollecə qəbul olundu. Birinci kursu bitirdikdən sonra əsgərliyə yollandı. Komandirlərinin dediyinə görə, Vətən müharibəsində cəsurluğu, igidliyi ilə seçilən əsgərlərdən olub. Telefonla danışanda hər şeyin yaxşı olduğunu, torpaqlarımızı düşməndən azad etdiklərini bildirirdi. Çox cəsarətli oğul idi. Fiziki göstəricilərinə görə kəşfiyyatçı seçilmişdi. Cəbrayıl, Füzuli, Hadrut uğrunda döyüşlərdə iştirak edib. Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı.

Şəhidin anası Sima Xeyirbəyova Malikin yoxluğunu qəbul edə bilmir, hələ də gözü yollardadır: “Elə bilirəm nə vaxtsa qayıdıb gələcək. Ağıllı, mehriban, tərbiyəli uşaq idi. Arzuları çox idi. Kolleci qurtarıb ali məktəbə qəbul olmaq istəyirdi. Oğlumun müharibədəki şücaəti barədə eşitdiklərim məni ana kimi çox qürurlandırır. O, bu dünyadan şərəfli ölümlə köçdü, Vətən yolunda şəhid oldu. Mən bununla özümə təsəlli tapıram. Torpaqlarımızın azad olunmasında mənim balamın da payı var”.

Kəşfiyyatçı Malik Xeyirbəyov Cəbrayıl, Hadrut və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 26-da Füzuli şəhəri istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin bacısı Ayna da qardaşı ilə fəxr edir: “Qardaşım zəhmətkeş, zarafat xoşlamayan idi. Həmişə təsərrüfat işlərində atama kömək edərdi. Kənddə də böyükdən-kiçiyə hamı tərəfindən sevilirdi. Şəhidlik uca bir zirvədir. Şəhid bacısı olmağımla fəxr edirəm”.

Şəhid Malik Xeyirbəyov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.


 











View this post on Instagram























 

A post shared by SHIMAL NEWS (@shimal.news)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər