top
Tikinti şirkətinin yeni layihəsi: Qudyalçayı zibilləmək - VİDEO
23 yanvar 2025, 12:31
- ↺ +

Tikinti şirkətinin yeni "layihəsi": Qudyalçayı zibilləmək - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubanın göz bəbəyi olan Qudyalçay növbəti ekoloji cinayətin qurbanına çevrilir.

Shimal.News-un əldə etdiyi məlumata görə, şəhər üçün mühüm strateji əhəmiyyət daşıyan bu çay, Quba Peşə Liseyi üçün inzibati bina inşa edən tikinti şirkəti tərəfindən ekoloji terrora məruz qalır. Bura beton qırıntıları və görülən işlərdən qalan digər artıq materiallar atılır.

Təəssüf ki, bu ekoloji cinayətə cavabdeh olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi isə məsələyə biganə yanaşır.

Qudyalçay Quba üçün təkcə su mənbəyi deyil, həm də regionun simvollarından biridir. Yazın gəlişi ilə çayın coşub-daşdığı, onun sahillərinin həyat bəxş etdiyi bir vaxtda, bu təbiət möcüzəsinin tikinti tullantıları ilə çirkləndirilməsi vandalizmdən başqa bir şey deyil. Əgər bu gedişlə davam edərsə, gələcək nəsillər Qudyalçayı mavi suları ilə deyil, betona bürünmüş quru bir dərəyə bənzədəcəklər.

Maraqlıdır, ekologiya idarəsi niyə susur? Görünür, bu qurum üçün ya "ekologiya" sözünün mənası dəyişib, ya da məsul şəxslər Qudyalçayın zibilxanaya çevrilməsindən xəbərsizdirlər. Amma bir şey bəllidir: çayın suyuna qarışan hər tullantı, göz yumanların vicdanına da yapışacaq.

Əgər bu cür özbaşınalıq davam edərsə, sabah başqa bir tikinti layihəsi başlayanda, tullantılar Qudyalçaydan çıxıb şəhərin küçələrinə səpələnəcək. Çünki nəzarətsiz buraxılan qanunsuzluq, gec-tez hamının qapısını döyəcək. Bu gün Qudyalçay çirklənir, sabah isə onun sahillərində yaşayan insanların sağlamlığı təhlükəyə düşəcək.

Təbii ki, burada tək günahkar tikinti şirkəti deyil. Əgər ona göz yumulursa, demək ki, məsuliyyət daşıyan dövlət qurumları da bu cinayətdə pay sahibidir. Hər kəs susursa, bu artıq qanunsuzluğun adi hala çevrildiyinin göstəricisidir.

Qudyalçayın sularını çirkaba qərq edənlər, sabah bu çayın qəzəbindən qaça biləcəklərmi? Axı təbiət bağışlamır, unutmur, sadəcə bir gün cavabını qaytarır...

Səma Xəlil


Qudyalçayı zibilləmək

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər