Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən mayın 6-sı saat 14:00-da Qusar rayonunda səyyar vətəndaş qəbulu keçiriləcək.
Shimal.News xəbər verir ki, görüş Asəf Mehman küçəsi 57 ünvanında yerləşən Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutacaq.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər 5 may tarixinədək Heydər Əliyev prospekti 172 ünvanında yerləşən Qusar rayon təhsil sektoruna müraciət edə bilərlər.
Qeydiyyat prosesi saat 17:00-da başa çatır.