Sumqayıt-Quba müntəzəm şəhərlərarası marşrut xətti üzrə tender keçiriləcək.
Shimal.News məlumat verir ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Sənədlər 9 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Sumqayıt-Quba istiqamətində 26 avqust tarixində baxılacaq.