Quba və İsmayıllı rayonlarında qanunsuz yolla ağac kömürü istehsalının qarşısı alınıb.
Shimal.News xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Nəzarət tədbirləri zamanı bu əməllə məşğul olan şəxslərin Quba rayonu Rustov kənd sakini Rafiq Orucov, İsmayıllı rayonu Qalınçaq kənd sakinləri Mirəddin Hacıyev, Hilal Fətəliyev və Eldəniz Allahverdiyev olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.