Şimal bölgəsində küləkli havadan sonra yağış və qar müşahidə olunur. Bu barədə ShimalNews 23 fevral tarixində məlumat verir.
Quba və Qusarda səhər saat 5:00 radələrində yağmağa başlayan qar hələ də davam edir. Hava temperaturu -5 dərəcəyə kimi enib. Xaçmazda yağış yağır, temperatur +5 dərəcə təşkil edir. İsmayıllıda isə müsbət dərəcə və buludlu hava olacaq.