Şimal bölgəsində unun qiymətində dəyişiklik müşahidə olunur. Bu barədə ShimalNews 4 yanvar tarixində məlumat verir.
Bir kisə (50 kq) un orta hesabla Xudatda 40 manat olub (öncə 42-43 manat idi). Qubada isə qiymət 40.5 manatdır, lakin bir qədər də ucuzlaşacağı gözlənilir.
Satıcıların sözlərinə görə, onların topdan alış etdikləri dəyirmanda qiymət düşüb. Bu səbəbdən onlar da qiymətləri salıblar.