Zəfər Günündə Quba, Qusar, Şabran, Siyəzən, İsmayıllıda da ağacəkmə aksiyaları keçirilib. Bu barədə ShimalNews 9 noyabr tarixində məlumat verir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının əməkdaşları və hərbçilər iştirak ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə sözügedən rayonlarda təxminən 11.000 qovaq, göyrüş, ağcaqayın, tut, Eldar şamı ağacı əkilib.