Şimal bölgəsində havanın həratəti kəskin düşüb. Bu haqda ShimalNews 15 avqust tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Quba Ərazi Hidrometeorologiya Mərkəzindən bildirilib ki, ötən günlə müqayisədə temperatur 5-6 dərəcə aşağı düşüb. Qrız kəndində hazırda 10 dərəcə isti var. Digər ərazilərdə də havanın soyuması müşahidə edilir.
Qeyri-sabit hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.