Quba, Qusar və Xızı rayonlarına qar yağıb. Bu barədə ShimalNews 28 noyabr tarixində məlumat verir.
Hidrometeorologiya Mərkəzi bildirib ki, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb. Qarın hündürlüyü 14 santimetrə çatıb. Ən aşağı temperatur isə Qudyalçay - Xınalıq məntəqəsində mənfi 8.6 dərəcə olub.
Qusarın Ləzə kəndində isə ağ örpək 12 sm təşkil edib.