Quba və Xaçmazda kütləvi olaraq, alma ağacları kəsilir və odun kimi satılır. Bu haqda ShimalNews 21 fevral tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Məsələ ilə bağlı Xaçmaz rayon İH başçısının müavini Bəxtiyar Osmanov açıqlama verib. O bildirib ki, bağçılıqla məşğul olan fermerlər köhnə bağların artıq səmərə vermədiyini əsas gətirərək yeni bağlar salmağa üstünlük verirlər. Bu səbəbdən qurumuş, məhsuldarlığı az olan alma ağaclarının çıxarılması həyata keçirilir. Bu həm də yaza hazırlıq işlərinin bir hissəsidir. Bəzi bağlarda isə budama işləri aparılır.
Sakinlərin sözlərinə görə, Qubada artıq yerli alma sortu tapmaq çətin məsələdir. İndi, əsasən, məhsuldar sortlar əkilir, onların da əksəriyyəti geni dəyişdirilmiş meyvələrdir.