Şimal bölgəsində mart ayına olan hava proqnozu açıqlanıb. Bu barədə ShimalNews 1 mart tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Quba, Xaçmaz, Qusar və İsmayıllıda havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı gözlənilir (norma 23-90 mm).