Son günlər şimal bölgəsində və bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı məlumat yayılıb. Bu barədə ShimalNews 20 fevral tarixində məlumat verir.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyi açıqlama verib. Yayılan məlumat həqiqəti əks etdirmir. Hazırda “Məşğulluq haqqında” qanuna əsasən, işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil.