Şimal bölgəsində külək bir sıra fəsadlar törədib. Bu barədə ShimalNews 22 fevral tarixində məlumat verir.
Gecə saatlarından başlayan güclü külək Xaçmaz və Qusarın bəzi ərazilərində enerji təminatında problemlər yaradıb. Yaşayış məntəqələrində fəsadları aradan qaldırmaq üçün "Azərişıq" ASC-nin qəza briqadaları çalışır.
Həmçinin əsən külək Quba-Xaçmaz yolunda çinar ağacını gövdəsindən sındırıb.Yolun hərəkət hissəsinə düşən ağac yolu bağlayıb. Ağac kötüyü artıq kəsilərək ərazidən götürülüb.