top
Şimal bölgəsinin turizm potensialını artırmaq üçün  nələr edilməlidir? – ÖZƏL AÇIQLAMA
04 dekabr 2024, 18:00
- ↺ +

Şimal bölgəsinin turizm potensialını artırmaq üçün  nələr edilməlidir? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Ləzə kəndində turizm infrastrukturunun yaradılması nəzərdə tutulub. Dövlət Turizm Agentliyi sözügedən işlərin icrasının 1 milyon 148 min 473 manata başa gələcəyini proqnozlaşdırıb. Agentlik bu layihənin bir hissəsini Qubanin Xınalıq kəndində icra edib.

Bəs görəsən, turizm potensialını artırmaq üçün nələr ediləcək? Ərazini digərlərindən fərqləndirmək üçün hansı tədbirlər planlaşdırılır?

Məsələ ilə bağlı Shimal.News-un əməkdaşı Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, məsələ ilə bağlı qalib gələcək şirkət tərəfindən işlərə başlandıqdan sonra məlumat verilə bilər.

Mövzu ilə bağlı Shimal.News-a açıqlama verən turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, infrastruktur layihələrinə yönləndirilən investisiyalar əslində turizmin inkişafına müsbət təsir göstərir:

“Əlbəttə ki, bu kimi layihələr maraqlıdır. Bir sıra regionlarda bu kimi layihələr olub. İnfrastruktur layihələrinə yönləndirilən investisiyalar əslində turizmin inkişafına müsbət təsir göstərir. Çünki burada yolların düzəlməsi, müəyyən parkların salınması, insanların istirahəti üçün xüsusi və daha gözəl şəraitin yaradılması, sahibkarlıq fəaliyətinin inkişaf etdirilməsi üçü müəyyən şərtlərin asanlaşdırılması, lazım olan yerlərə kommunal xətlərin çəkilməsi daxildir”.

C.Aşurov qeyd edib ki, kənd evlərinin sahibkarlıq fəaliyyəti işlərinə cəlb edilməsi də müsbət təsirini göstərəcək:

“Gələcəkdə yatırım məqsədli əlavə investisiyaların cəlb olunması da müsbət mənada öz təsirini göstərəcək. Turizmin əsas elementləri kimi hər biri investisiya ilə bağlıdır. Amma ilk növbədə həmin ərazidə kifayət qədər şərait yaradılmalıdır. Normal yollar olmalıdır ki, əhaliyə xidmət etmək asan olsun”.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər