top
Şimal bölgəsinin din xadimləri İranla bağlı bəyanat yayıblar
23 dekabr 2022, 10:25
- ↺ +

Şimal bölgəsinin din xadimləri İranla bağlı bəyanat yayıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının din xadimləri İranın siyasətinə etiraz bəyanatı yayıblar. Bu barədə ShimalNews 23 dekabr tarixində Report-a istinadən məlumat verir.

2020-ci ildə Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyir. Din xadimləri qonşu dövlətin buna qarşılıq vermədiyini səsləndiriblər:

"Təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət və açıq düşmənçilik meyilləri ilə qarşılanır. Bu təəssüf doğurucu hal qonşu İran dövləti ilə bağlı haqlı narahatlıq doğurur. Təəssüflər olsun ki, İran öz siyasəti ilə yanaşı, dindən də istifadə edərək Azərbaycanda ictimai sabitliyi, vətəndaş birliyini pozmaq, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istərsə də ölkə xaricində məqsədyönlü təxribat aparmaq niyyətindədir".

Bildirilib ki, əsrlər boyu İran ilə Azərbaycanı bir-birinə bağlayan dini və milli dəyərlər 2 dövlət arasında dostluğa və qardaşlığa çevrilib. Amma Azərbaycanın yarası olan Qarabağ məsələsi həllini tapana qədər və ondan sonra İran Ermənistana yaxın münasibət bəsləyib və buna davam edir. Din xadimləri münaqişə və müharibənin səbəbkarı olan təcavüzkar Ermənistana qarşı yaxın münasibəti pisləyirlər:

“67 müsəlman məscidindən 65-ni dağıdan, təhqir edən Ermənistan kimi bir ölkə ilə bütün sahələrdə əməkdaşlıq etmək müsəlman ölkəsinə yaraşan bir siyasət deyil".

Şimal bölgəsinin din xadimləri İranın bu hərəkətlərinin müqəddəs İslam dininin qardaşlıq ruhuna uyğun olmadığını bəyan ediblər:

"Biz, din xadimləri bəyan edirik ki, daim dövlətimizin və Ali Baş Komandanımızın siyasətini dəstəkləyib dinindən və millətindən asılı olmayaraq, dövlətimizə qarşı yönəlmiş hər bir təhlükədə iradəmizi ortaya qoyaraq cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik. Heç bir qüvvə bizi bu fikrimizdən döndərə bilməz. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirdiyi siyasi xətti bu gün də Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bir daha İranın İslam düşmənlərinə qarşı bu siyasətini qınayaraq öz etirazımızı bildiririk".

Daha əvvəl Azərbaycanın Qərb və Aran rayonlarında din xadimləri bununla bağlı bəyanat qəbul etmişdirlər.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər