Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində təmir-bərpa işləri aparılıb.
Bir müddət əvvəl sakinlər Shimal.News-a adıçəkilən tibb müəssisəsində xoşagəlməz vəziyyətlə bağlı xəbər vermişdilər.
Xəstəxanadakı şəraitin və vəziyyətin bərbad olması sakinləri ciddi narahat edirdi. Çünki sanitar qovşaqlar tamamilə baxımsız, qapılar sınıq idi. Eyni zamanda divarların qopuq-qopuq olması vəziyyəti daha da qəlizləşdirirdi. Bu da azmış kimi, dəhlizlərdə elektrik qutularının açıq vəziyyətdə olması əlavə təhlükə mənbəyi idi.
Xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini təqdim edirik.


