Quba rayonunun Dəlləkli kəndində məişət tullantıları ilə bağlı dözülməz vəziyyət aradan qaldırılır. Hazırda ərazidə xüsusi texnika vasitəsilə abadlıq işləri görülür.
Shimal.News -a yazan sakinlər uzun müddətdir zibil içində yaşadıqlarını bildirmişdirlər. Onların sözlərinə görə, çayın sahili zibil poliqonuna çevrilib. İy-qoxu, çaya atılan tullantılar ekologiyanı məhv edir.
Sakinlər kənddə zibil qutularının qoyulmasını və tullantılar üçün xüsusi yer ayrılmasını arzulayırlar.