Xəbər verdiyimiz kimi, Quba rayonunun ən böyük kəndlərindən biri olan Qəçrəşdə sakinlər məişət tullantılarının yığışdırılmamasından narazı idilər.
Məsələ Shimal.News tərəfindən ictimailəşdirildikdən sonra ərazidə aidiyyəti qurum tərəfindən ərazi tam təmizlənib və zibil qutularının da sayı artırılıb.
Onu da qeyd edək ki, məişət tullantılarının yığılması işi həftədə iki gün, 3 qrafik üzrə - səhər, axşam və gecə saatlarında təmin edilir.