Xəbər verdiyimiz kimi, Quba rayonunun Alekseyevka kəndindən keçən əsas yollardan birinin asfaltı qatını iritonnajlı maşınlar məhv edib.
Məsələ Shimal.News tərəfindən ictimailəşdirildikdən sonra ərazidə Quba 5 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası tərəfindən elə həmin istiqamətdə bərpa işlərinə başlanılıb.
Eyni zamanda, həmin yoldan təsərrüfat sularının axması üçün istifadə olunan borunun daxili hissəsi tutulmuşdu. Borunun daxili təmizlənib, üstünə çay çınqılı tökülərək səth hamarlaşdırılıb. Daha sonra isə üstünə yeni asfalt qatı çəkiləcək.