Qubada müşahidə olunan leysan yağışları bir sıra fərdi yaşayış evlərinə ziyan vurub.
Həyət və zirzəmiləri sel suları basıb. Rayonun Amsarqışlaq kəndində isə Tərlan Haktariyə məxsus yaşayış evinin divarları uçub, ev demək olar ki, yararsız vəziyyətə düşüb.
"Su evi uçurub apardı. 70-80 min manat civarında ziyan dəyib", - zərərçəkən Nurlan Haktari deyib.
Baku TV-nin məlumatına görə, Quba Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yerli bələdiyyənin köməyi ilə sözügedən ərazidə suların çəkilməsi davam etdirilir:
"Zərər dəymiş təsərrüfatlara baş çəkərək onları aktlaşdırırıq, müvafiq olaraq aidiyyəti üzrə yönləndiririk".