top
Sakinlər və fermerlər arasında “qoxulu” müharibə
17 fevral 2025, 14:33
- ↺ +

Sakinlər və fermerlər arasında “qoxulu” müharibə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təsəvvür edin ki, bir kəndin iki sakini bir süfrəyə oturmalıdır. Amma biri israrla digərinin boşqabına tullantı tökür. Digəri isə əlacsız halda buna dözmək məcburiyyətində qalır.

Shimal.News xəbər verir ki, hazırda Qubanın Zərdabi qəsəbəsində yaşanan mənzərə məhz budur – kanalizasiya suları fermerlərin bağlarına axıdılır, sakinlərin isə alternativi yoxdur.

Yerli icra nümayəndəsi, bələdiyyə sədri və digər aidiyyəti qurumlar buna illərdir göz yumur. Bu su fermerlərin torpağında yetişən məhsulu zəhərləyir, təsərrüfatı məhv edir. İcra orqanları isə hər dəfə vədlər verir, amma nəticə dəyişmir.

Bu vəziyyətdə sakinlər də haqlıdır, fermerlər də. Fermer deyir ki, “mənim bağımı zəhərləyirsiniz”, sakin isə bildirir ki, “bəs biz hara axıdaq?”. Hər iki tərəf çıxılmaz vəziyyətdədir. Suvarma sistemləri və kanalizasiya infrastrukturu yaratmaq bələdiyyənin, icra nümayəndəsinin və məsul qurumların borcudur.

Kanalizasiya sularının düzgün idarəsi elə də mürəkkəb məsələ deyil. Dünyanın inkişaf etmiş ölkələrində çirkab sular təmizlənərək kənd təsərrüfatında istifadə olunur. Amma bizdə necədir? Problemi həll etmək əvəzinə “onsuz da illərdir belədir” prinsipi ilə hərəkət edirlər. Görünən odur ki, məsələ həlli olmayan problem deyil, sadəcə üzərində çalışan yoxdur.

Bu vəziyyət belə davam edərsə, fermerlər ziyan çəkəcək, sakinlər isə bir gün məcbur qalıb başqa çıxış yolu axtaracaqlar. Bu zaman məsuliyyət kimdə olacaq? Yoxsa yenə də "bizim xəbərimiz yoxdur" deyib, məsuliyyətdən yayınacaqlar?

Əgər aidiyyəti qurumlar məsələni vaxtında həll etməsə, bir müddət sonra Zərdabi qəsəbəsi ya məhsul yetişdirmək üçün yararsız bir əraziyə çevriləcək, ya da insanlar bir-birinə qarşı daha da aqressivləşəcək.

Problem isə nə sakinlərdən, nə də fermerlərdən asılıdır. Həll etməli olanlar məlumdur. Bəs görəsən onlar nə vaxt hərəkətə keçəcəklər?

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər