Yeni maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.
Bizim.Media-nın məlumatına görə, Maliyyə Nazirliyinin Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.
Hazırda yeni yaradılan Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Qurumun rəis müavini Kamran Əmirov isə Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib.