top
Şəhid atası: “Oğlumun yolunu hələ də gözləyirəm” - MÜSAHİBƏ
19 sentyabr 2024, 11:10
- ↺ +

Şəhid atası: “Oğlumun yolunu hələ də gözləyirəm” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycanın ərazi bütövlüyünü tam təmin edən lokal xarakterli, ildırım sürətli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

Haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də Altun Əliyevdir.

Tərcümeyi-hal:

Altun Tağı oğlu Əliyev 2002-ci ilin mart ayının 24-də Quba rayonunun Təngəaltı kəndində dünyaya gəlib. Quba rayonu, Təngəaltı kənd orta məktəbində təhsil alıb.

Bakı Avrasiya Universitetini bitirib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Daxili qoşunlarının hərbi qulluqçusu Altun Əliyev, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.

Qəhrəman əsgər Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 19-da Ağdərə ərazisindəki hərbi əməliyyat zamanı şəhid olub. Quba rayonu, Təngəaltı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.

ShimalNews-ın əməkdaşı şəhidin atası Tağı Əliyev ilə danışıb.

 - Tağı bəy, bildiyimiz qədərilə Altun hərbçi olub. Oğlunuz döyüşə nə zaman qatıldı?

- Altun çox mehriban, ailəcanlı, vətənini sevən bir insan idi. Oxuduğu kənd məktəbində müəllimlərinin və şagird yoldaşlarının sevimlisi olub. Onun dostları çox idi. Oxuyub, ali savadlı peşəkar hərbçi olmağı, Vətənə xidmət etməyi arzulayırdı. Oğlum təhsilini yarımçıq qoyub, hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra hərbidə qaldı.

- Oğlunuz ilə sonuncu dəfə nə zaman danışdınız?

- Sentyabrın 3-də gəldi, dedi ki, “bizi təlimə aparırlar”. Müharibəyə getdiyini gizlətdi. Daha sonra heç görüşmədik. Ara-sıra zəng edirdi. Lakin yenə də bizə nə isə demirdi.

-Tağı bəy, hər iki oğlunuzun hərbçi olduğunu dediniz.

- Lokal antiterror tədbirləri zamanı hər iki oğlum döyüşdə idi. Bir oğlum şəhid oldu, digəri Laçında qəzaya düşdü.

- Altunun qayıdışını necə gözləyirdiniz?

- Oğlumun şəhid olacağı ağlıma gəlməzdi. Ta ki, sentyabrın 19-u axşam xəbər gələnə qədər.. Elə indi də onun yolunu gözləyirəm. Ümid edirəm ki, nə vaxtsa gələcək. Gözümüz yollardadır…

Şəhid atası: “Oğlumun yolunu hələ də gözləyirəm” - MÜSAHİBƏ

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər