Xaçmaz rayonunun Xudat şəhərində sahibsiz itlərin göz önündə natəmizliyə səbəb olması sakinləri qəzəbləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb.
Sakinlər Shimal.News-a bildiriblər ki, antisanitariyadan savayı sürü halında gəzən itlər həm insanlar, həm də avtomobillər üçün təhlükə yaradır:
"İtlərin qorxusundan yol ilə gedə bilmirik. Şəhərin əksər küçələrində sürü halında gəzən itlərlə rastlaşırıq. Onlar tez-tez insanlara hücum edirlər. Uşaqlar məktəbə gedib gələ bilmir, qorxurlar. İt sürüləri qəfil avtomobil yoluna da çıxırlar, bu da qəzalara yol açır. Heyvanların əksəriyyəti xəstə və yaralı itlərdir. Bu problemin həlli çox vacibdir", - deyə sakinlər vurğulayıblar.
View this post on Instagram