"Şahdağ" turizm kompleksinin "Roller Coaster" atraksionunda texniki nasazlıq yaranıb.
Shimal.News xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, istirahət üçün şimala üz tutan insanlar bir müddət şaxtalı havada relslərin üzərində qalıblar.
Məlumat üçün bildirək ki, həmin əyləncədən istifadə etmək istəyənlər 25-50 manat civarında ödəniş edirlər.