Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Shimal.News-a verilən xəbərə görə, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.
Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.