ADPU-nun Quba filialında Şahdağ Milli Parkının əməkdaşları ilə görüş keçirilib. Bu haqda ShimalNews 22 fevral tarixində təhsil oçağına istinadən məlumat verir.
Tədbirdə dünyada canlı aləmin yaranmasında suyun əvəzsiz rolu, şimal-şərq yamacının coğrafi quruluşu və burada yerləşən göllər, Şahdağ Milli parkının yaranması, fəaliyyət sahələri və ekoloji durum haqqında iştirakçılar məlumatlandırılıblar.
Görüşün sonunda Milli Parkın müdir müavini Rəvayət Nəzərov təhsil oçağına Qırmızı kitab hədiyyə edib.