Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri ilə idarəetmə qurumlarının rəhbərlərinin növbəti görüşü keçiriləcək. Bu barədə ShimalNews 27 fevral tarixində məlumat verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov vətəndaşları qəbul edəcək. Tədbir Quba şəhərində martın 9-u saat 10:00-da başlayacaq.