Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma (YDM) məntəqəsində yoxlama keçirilib.
Shimal.News adıçəkilən quruma istinadən xəbər verir ki, “Vüsal petrol”da yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bunu nəzərə alaraq, məntəqənin fəaliyyəti dayandırılıb.