top
Şabranda tədbir: Geoparkların təşkili ilə bağlı işçi qrupunun yaradılması qərara alındı
01 may 2025, 09:48
- ↺ +

Şabranda tədbir: Geoparkların təşkili ilə bağlı işçi qrupunun yaradılması qərara alındı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin əməkdaş və tələbələrindən ibarət nümayəndə heyəti Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsinin (CENN) Şabran rayonunda təşkil etdiyi “Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları” proqramının ikinci koordinasiya tədbirində iştirak ediblər.

BDU-dan Shimal.News-a bildirilib ki, tədbirdə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rövşən Abbasov, beynəlxalq və yerli ekspertlər iştirak ediblər. BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva, Coğrafiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının baş müəllimi Vüqar Dərgahov, tyutor İsmayıl Rəhimli, doktorant Tamerlan Mehdiyev və magistrant İmran Bayramov koordinasiya iclasının müzakirələrinə qatılıblar.

Müzakirə zamanı geoparkların təşkilinin turizm baxımından əhəmiyyəti və səmərəli idarəetmə metodları barədə çıxış edən Vüqar Dərgahov Cənubi Qafqazda və bilavasitə Azərbaycan Respublikasında geoparkların yaradılmasının sosial-iqtisadi aspektləri barədə məlumat verib. O bildirib ki, geoparkların təşkili geoloji-geomorfoloji irsin mühafizəsi ilə yanaşı, yerli icmaların dayanıqlı inkişafı və turizm sahəsində məşğulluğun artırılmasında mühüm rol oynayır. Vüqar Dərgahov Azərbaycanda geoparkların təşkilində müvafiq potensiala malik ərazilərin turizm baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, geoparkların vahid destinasiya kimi inkişafı, brendinqi və beynəlxalq səviyyədə tanıdılması ölkəmizin geoloji irsinin təbliğində və turizm sektorunun inkişafında yeni mərhələ olacaq.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva Abşeron göllərinin ekoloji vəziyyəti, problemləri, ekoloji-kimyəvi tədqiqi, kafedranın elmi istiqamətinə uyğun olaraq, Qobustan və Azərbaycanın digər bölgələrində olan palçıq vulkanları, onların ekokimyəvi tədqiqi haqqında ətraflı məlumat verib.

Tədbirdə dövlət, özəl, sənaye və təhsil sahələrindən olan mütəxəssislərin iştirakı ilə müzakirə aparılıb, geoparkların təşkili ilə bağlı işçi qrupunun yaradılmasına dair qərar qəbul olunub. Komissiyanın qərarı ilə Vüqar Dərgahov və Təranə Əliyeva işçi qrupuna daxil ediliblər.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər