Şabran rayonunda bədbəxt hadisə qeydə alınıb.
Bizim.Media-nın məlumatına görə, Zeyvə kənd tam orta məktəbin müəllimləri hadisənin detalları barədə məlumat veriblər. 5 yaşlıların hazırlıq qrupunda təhsil alan oğlan uşağı evdə oynayarkən yerə yıxılaraq qəfil vəfat edib.
Valideynlər azyaşlını dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin olaraq uşağın ürəktutmadan vəfat etdiyi bildirilib.
Eləcə də məktəblinin soyuqdəymədən öldüyü də iddia olunur.