top
Şabran sakini sosial yardım ala bilmir: haqsızlıq, yoxsa bəhanə?
10 mart 2025, 16:50
- +

Şabran sakini sosial yardım ala bilmir: haqsızlıq, yoxsa bəhanə?

Şabran şəhər sakini Günəşov Ruslan Bəydadaş oğlu ünvanlı dövlət sosial yardımı ala bilmədiyi üçün şikayətçidir.

Üç azyaşlı övladı olan vətəndaş Shimal.News-a bildirib ki, o, sosial yardım almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin ona imtina cavabı verilib. Səbəb kimi isə qaz sayğacında problem olduğu göstərilib.

Ancaq Ruslan Günəşov bildirir ki, sayğacında heç bir problem yoxdur. Daha maraqlısı isə odur ki, o, bundan öncəki illərdə məhz həmin sayğacla sosial yardım alıb. Əgər o zaman problem yox idisə, indi necə ortaya çıxdı? Eyni sistemlə işləyən sayğacın birdən-birə "uyğunsuz" elan edilməsi nə qədər məntiqə uyğundur?

Bu kimi hallar təkcə Ruslan Günəşovun deyil, ölkənin bir çox aztəminatlı vətəndaşının qarşılaşdığı problemlərdən biridir. Dövlətin aztəminatlı ailələrə dəstək məqsədilə ayırdığı sosial yardımların bəzi məmurlar tərəfindən əsassız bəhanələrlə verilməməsi, həmin ailələrin vəziyyətini daha da çətinləşdirir. Sual yaranır: əgər sayğac indiyə qədər problem yaratmayıbsa, indi niyə əsas maneəyə çevrilib?

Sosial yardım aztəminatlı ailələr üçün mühüm dəstək mexanizmidir. Onların hüquqlarının məmur bürokratiyasına qurban verilməsi isə sosial siyasətin mahiyyətinə ziddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür şikayətləri diqqətlə araşdırmalı, əsassız imtinaların qarşısını almalıdır. Əks halda, dövlətin aztəminatlı ailələrə dəstəyi yalnız kağız üzərində qalacaq.


Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər