top
“Şabran bələdiyyəsi bizi aldadıb işdən çıxardı” – İDDİA
08 aprel 2025, 17:05
- +

“Şabran bələdiyyəsi bizi aldadıb işdən çıxardı” – İDDİA

Şabran rayonunda yeni seçilən bələdiyyə sədri Fidan Fərzəliyevanın fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıq və suallar yaranıb.

Shimal.News xəbər verir ki, iddialar görə, o, vəzifəsinin icrasına başladığı ilk günün səhəri heç bir əsas və səbəb göstərmədən bir çox əməkdaşın əmək müqaviləsinə xitam verib.

Belə ki, işçilərə könüllü şəkildə ərizə yazdırılaraq, guya “yenidən işə qəbul olunacaqsınız” sözü verilsə də, bu vəd yerinə yetirilməyib.

Məsələ ilə bağlı, bələdiyyədə işdən çıxarıldığını iddia edən və orada kadrlar üzrə müvəkkil vəzifəsini daşıyan Əzməmmədova Şəhla ilə əlaqə saxladıq.

O, saytımıza açıqlamasında bildirdi ki, ərizəni öz istəyi ilə yazmayıb:

“Fidan xanım bizə dedi ki, sədr dəyişikliyi olanda hamı ərizə yazır və sonradan yenidən işə qəbul olunur. Bu bizdə də belə olacaq. Ona inanıb birinci özüm yazmışam ərizəni. Mən 17 ildir o bələdiyyədə işləyirəm. Hər gələn sədr işçilərlə əvvəlki sədr arasında bağlanan əmək müqavilələrinə xitam verir və yeni müqavilələr bağlanır. Biz də 7 nəfər oturub ərizəmizi yazdıq”.

Ə.Şəhla vurğulayıb ki, Fidan Fərzəliyeva sədr seçiləndə çox sevinib:

“Biz bir yerdə böyümüşük. Bir-birimizi çoxdan tanıyırıq. Heç vaxt aramızda hörmətsizlik olmayıb. Bütün idarə ona inanaraq ərizə yazıb. Martın 18-i ərizə yazmışam və mənə deyib ki, 19-dan işə gəlmə”.

Şikayətçi işinə qaytarılmasını istəyir:

“Bu dövrdə kim işdən çıxmaq istəyər? 2 aydır mənim yerimə öz adamlarını da qoyub, işlədir də”.

İddialarla bağlı Şabran rayon bələdiyyəsi, eləcə də işdən çıxarılan digər şəxslərlə əlaqə yaratmağa çalışsaq da, bu, mümkün olmadı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər