“Quba Meydanı” mədəniyyət və istirahət parkının qarşısında ərzaq yarmarkası keçiriləcək. Bu barədə ShimalNews 26 dekabr tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Yarmarka 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.
27 və 28 dekabr tarixlərində saat 09:00-dan etibarən satışa çıxarılacaq məhsullardan yararlanmaq olar. Burada qiymətlərin hiss olunan dərəcədə ucuz olacağı deyilib.