top
Rüşvət alan Xaçmaz gömrükçülərinin MƏHKƏMƏSİ BAŞLAYIR
06 avqust 2025, 10:26
- ↺ +

Rüşvət alan Xaçmaz gömrükçülərinin MƏHKƏMƏSİ BAŞLAYIR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Shimal.News-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz hərəkətləri ilə bağlı həmin Komitədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İstintaqla Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Hidayət Məmmədovun həmin şöbənin Hədəfləmə və koordinasiya bölməsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin sabiq əməkdaşı Bayram Məmmədovla cinayət əlaqəsinə girərək 29 dekabr 2024-cü il tarixdə ona müraciət etmiş Arzu Abdullayev və Mirxan Dadaşov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 427 min manatdan artıq dəyərdə elektron siqaretlərin gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində 3 min manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Hidayət Məmmədovun 28 mart 2025-ci il tarixdə ona müraciət etmiş Arzu Abdullayev və Haysuf Hacıyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında içərisində ümumilikdə 291 min manatdan artıq dəyərdə olan aqrokimyəvi dərman və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində sonuncunun 3 min manat məbləğində pul vəsaitinin verilməsi barədə təklifini qəbul edərək həmin malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hidayət Məmmədova Cinayət Məcəlləsinin 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin dövriyyəsinə köməklik göstərmə), 32.5, 206.3.1, 32.5, 206.3.2, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq və təkrar qaçaqmalçılığa köməklik göstərmə), 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsinə köməklik göstərmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 və 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədova həmin Məcəllənin 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3, 32.5, 206.3.2, 308.2 və 311.3.1, Arzu Abdullayevə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 213-1.2.1, 213-1.2.3 və 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə), Mirxan Dadaşova həmin Məcəllənin 213-1.2.1, 213-1.2.3 və 206.3.2, Haysuf Hacıyevə isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə yekun ittiham elan edilərək Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində iş üzrə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Mirxan Dadaşov və Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər