Quba rayonunun Rustov kəndində antisanitar vəziyyət narahatlıq doğurur.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, kənd ərazisində zibil qutularının olmaması səbəbindən tullantılar açıq şəkildə təbiətə atılır.
“Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma bu problem hələ də aradan qaldırılmayıb. Tullantı qutuları olmadığı üçün kimin əlinə nə keçirsə, ya çölə, ya da çaya atır. Ətrafda bir neçə obyekt olsa da, bir dənə də zibil qabı yoxdur. Plastik qablar, torbalar, tikinti qalıqları və digər tullantılarla ətraf mühit çirkləndirilir”,- deyə sakinlər bildiriblər.