Ombudsman Aparatının Bərabərlik hüququnun təmini sektorunun nümayəndələri tərəfindən ölkəmizdə Roma (qaraçı) icmasının kompakt yaşadığı bölgələrdən olan Yevlax və Xaçmaz rayonlarında monitorinq aparılıb.
Shimal.News xəbər verir ki, icma üzvləri ilə fərdi görüşlər keçirilib, onların qarşılaşdığı çətinliklərlə maraqlanılıb.
Araşdırmalar nəticəsində icma üzvlərinin rastlaşdıqları çətinliklərin aradan qaldırılması, hüquq və azadlıqlarının daha səmərəli təmini ilə bağlı müvafiq təkliflər hazırlanaraq əlaqədar dövlət qurumlarına göndəriləcək.


