Xaçmazın icra başçısı Elnur Rzayev sakinləri fərdi qaydada qəbul edib. Bu barədə ShimalNews 22 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüş zamanı vətəndaşların müraciətləri məşğulluq və sosial müdafiə məsələrini əhatə edib. Qaldırılan məsələlərin bəziləri yerindəcə öz həllini tapıb.
Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.