Quba rayonunun rəhbərliyi Alekseyevka kənd inzibati ərazi dairəsinin İqrığ kəndində vətəndaşlarla görüş keçirib. Bu barədə ShimalNews 31 mart tarixində RİH-yə istinadən məlumat verir.
Səyyar qəbul zamanı icra başçısı Ziyaddin Əliyev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.
Qəbulda, həmçinin Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.