Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 4 aprel tarixində məlumat verir.
Görüşdə Polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbəsinin rəisi, bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdən əvvəl Qrızdəhnə kəndində yaradılmış Şəhidlər xatirə bulağı ilə tanışlıq keçirilib.