top
Qusarlı şəhid övladı musiqidə təsəlli tapıb
15 oktyabr 2025, 12:30
- ↺ +

Qusarlı şəhid övladı musiqidə təsəlli tapıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Musiqi bəzən insana həyatın ən ağır anlarında belə təsəlli verir. Süleyman Ramaldanov üçün musiqi yalnız məşğuliyyət deyil, həm də atasının xatirəsini yaşadan, onu gələcəyə bağlayan ümid işığıdır.

AZƏRTAC-ın məlumatına görə, gənc ifaçı bu sahədə qazandığı uğurlardan, gələcək planlarından və bu sahəyə gəlişindən danışıb.

Süleymanın musiqiyə gəlişi təsadüf olmayıb. Böyük qardaşının uğurlu çıxışları onun da qəlbində ifaçılığa maraq oyadıb. “Atam istedadımı görəndə məni 34 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano üzrə təhsilə yönəltdi. Artıq 7 illik təhsilin altı ilini başa vurmuşam. Müəllimim, fortepiano şöbəsinin müdiri Afət Məmmədovanın üzərimdə əziyyəti böyükdür”,- deyə Süleyman əlavə edib.

Müxtəlif tədbirlərdə, məkanlarda çıxış etsə də Şuşadakı təqdimatı həyatında unudulmaz iz buraxıb. Qala-şəhərdə şəhid övladlarının düşərgəsində, Xan qızı Natəvanın bağında “Qaytağı” rəqsini ifa etməsi və solist kimi çıxışı gənc musiqiçiyə fəxarət hissi yaşadıb. Bu, təkcə ifa deyil, həm də musiqinin azad edilmiş torpaqlarda yenidən səslənməsi idi.

Süleyman artıq respublika səviyyəsində uğurlar qazanmış gənc ifaçı kimi tanınır. O, İkinci Respublika “Akademik, xalq və caz musiqisi” müsabiqəsinin laureatı adını qazanıb. Uğurlarına baxmayaraq, musiqi onun üçün həyat tərzidir. Gələcəkdə bu sahəni davam etdirməklə yanaşı, həm də ən böyük arzususu atası kimi hərbiçi olmaqdır.

Atası, polkovnik-leytenant Babək Ramaldanov 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bu itki, ailənin həyatında silinməz iz buraxıb. “Atam şəhid olduqdan sonra musiqiyə davam etmək istəmirdim. Hər şey mənasız görünürdü. Amma sonra anladım ki, bu, atamın arzusu idi. O, mənim musiqi ilə məşğul olmağımı istəyirdi. Ona görə də davam etdim”,- deyə Süleyman ürək sözlərini bölüşüb.

Şəhid Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. O, əslən Qusar rayonundandır. Orta təhsilini 1989–1997-ci illərdə Xətai rayonunda yerləşən 59 nömrəli məktəbdə alıb, daha sonra 1997–2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000–2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

O, həmçinin 2017–2019-cu illərdə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında ali hərbi təhsil alaraq peşəkar zabit kimi yetişib. Babək Ramaldanovun dayısı, Qarabağ müharibəsinin qazisi və Azərbaycan Silahlı Qüvvələrinin zabiti Şair Ramaldanov, ailənin igidlik ənənələrinin davamçısıdır.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində, polkovnik-leytenant Babək Ramaldanov Cəbrayıl və Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Bakıda, II Şəhidlər xiyabanında dəfn edilib. Oğulları Ramaldan və Süleyman onun əziz xatirəsini yaşadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Babək Ramaldanov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün Süleyman atasının yarımçıq qalmış arzularını yaşadır, həm musiqi, həm də gələcəkdə hərbi sahədə atasının yolunu şərəflə davam etdirmək istəyir.

“İfa etdiyim hər musiqi parçası atama sevginin, qəhrəmanlığın və Vətən eşqinin ifadəsidir”,- deyir həmsöhbətim.
Süleyman Ramaldanov

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər