Qusar rayonunda "Region gəncləri üçün kibertəhlükəsizlik təlimləri" adlı layihə keçirilib.
Shimal.News xəbər verir ki, layihənin əsas məqsədi regionda yaşayan gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, onları müasir texnoloji təhlükələrə qarşı hazırlamaqdır.
Proqramda 14 yaşdan yuxarı 20 nəfər gənc iştirak edib.
Təlimlər 2 gün, 8 moduldan ibarət olmaqla qeyri-formal təhsil üsulları ilə keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub ki, bu da onların gələcəkdə rəqəmsal bacarıqlarını daha da inkişaf etdirməyə stimul yaradacaq.