Qusarlı gənc Rantik “Azərbaycanın Səsi” müsabiqəsində iştirak edib.
Shimal.News xəbər verir ki, növbəti mərhələyə keçə bilməyən gənc müğənni yarışmanı tənqid edib.
Rantik Ospatov sosial şəbəkə paylaşımında qeyd edib ki, ilk növbədə çıxışlar kəsilməməlidir:
“Gənc istedadlara dəstək olmaq istəyirsinizsə, heç olmasa çıxışları kəsməyin. Mən sizi 5 ay yarım saniyəyə görə gözlədim?! İkincisi isə studiyaya səs rejissoru və aparatura gətirin, mən “palatka” toyuna gəlməmişəm! Əziz gənclər, bu yarışmada iştirak edib vaxtınızı, dəyərinizi itirməməyi məsləhət görürəm”.