Qusar Rayonu İcra Hakimiyyəti (RİH) başçısının aparatının strukturunda dəyişiklik olub.
Milli.az-ın məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev vəzifəsindən azad edilib. Bununla bağlı RİH-nin başçısı Sahir Məmmədxanov əmr imzalayıb.
E.Mustafayevin yerinə hər hansısa təyinat baş tutmayıb.