Qusar rayonunda 28 May – Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib.
Shimal.News xəbər verir ki, Gədəzeyxur kənd Folklor evində “Əbədi yaşa, azad və müstəqil Azərbaycan” adlı möhtəşəm bayram tədbiri təşkil edilib.
Rayonun Aşağı Ləgər, Gündüzqala, Bədişqala, Əvəcük, Xuluq, Gədəzeyxur kənd klub müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən natiqlər 28 may tarixinin Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olduğunu qeyd edərək, bu günün xalqımızın azadlıq və suverenlik arzularının reallaşdığı, dövlətçilik ənənələrinin möhkəmləndiyi, milli birlik və həmrəyliyin qələbə çaldığı gün olaraq tarixə keçdiyini diqqətə çatdırıblar.