top
Qusarın Cibir kəndi 4 əsr əvvəl salınıb
31 dekabr 2024, 17:45
- ↺ +

Qusarın Cibir kəndi 4 əsr əvvəl salınıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cibir kəndi Qusar rayonunun şimal-qərbində, Piral inzibati ərazisində, dağətəyi düzənlikdə yerləşir.

Bəzi məlumatlara görə, kənd Dağıstanın (Rusiya) Axtı rayonundakı Çeper (Caba) kəndindən köçən ailələrin məskunlaşması nəticəsində yaranıb. Sakinlər yeni yaşayış məntəqəsinə öz köhnə adını verib. Digər məlumatlara görə, yerli əhali kəndə “Cibir” - “Чи пIиp” (ləzgi dilindən “bizim pirimiz”) adını veriblər.

Kənd indiki yerində təxminən 400 il əvvəl salınıb. Ehtimal olunur ki, Cibir kəndi dörd dəfə yerini dəyişib. Əhalinin tez-tez köçmə məcburiyyəti düşmənlərin hücumları və təbii fəlakətlərin baş verməsi ilə əlaqəli idi.

XVIII əsrdə Cibir Quba əyalətinin böyük kəndlərindən idi və burada kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü əlverişli şərait var idi. Dərbəndə gedən dəvə karvanları buradan keçirdi. Həmin yol indi də “Dəvə yolu” adlanır.

1885-1903-cü illərdə burada dünyəvi məktəb fəaliyyət göstərib. 1929-1930-cu illərdə isə bu kənddə kolxozlar (kollektiv təsərrüfatlar) yaradılıb.

Kənd qədimdən öz bağları və zəmiləri ilə məşhur olub. Sovet dövrünün ilk illərində burada 2000 hektara yaxın taxıl zəmisi var idi. Burada başqa alma növləri ilə bərabər, “Cibir alması” və 50-dən çox armud növü becərilir. Həmçinin hər bağda armud qurutmaq üçün xüsusi təndirlər var idi.

Kəndin məşhur nəsilləri Abdullahlar, Hesenar, Bardiyar, Kullarar, Teverar, Exterar sayılır. Əhali, əsasən, heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıqla məşğul olur.

1915-ci ildə olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Cibir kəndində 1299 nəfər yaşayırdı. 2018-ci ildə əhalinin sayı 1300 nəfər olub.

 

 

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  • Кавказский календарь на 1915 год. Тифлис-1914.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər