top
Qusarın 140 yaşlı məktəbi: Minlərlə məzun, onlarla medal
19 dekabr 2024, 14:30
- ↺ +

Qusarın 140 yaşlı məktəbi: Minlərlə məzun, onlarla medal

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba-Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Təhsil.biz-in məlumatına görə, tədbir Heydər Əliyev Mərkəzində baş tutub.

84 nəfər təhsil işçisinin əyləşdiyi zalda nazir müavini Firudin Qurbanov Qusarın yüksək nəticəsi olan məktəbləri barədə danışıb.

Tədbirin davamında 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumtəhsil müəssisələrinin rəhbərləri və Qusar rayonu üzrə ən yüksək bal toplayan şagirdlər Quba-Xaçmaz regional təhsil idarəsinin fəxri fərmanı ilə təltif olundular.

Onlardan biri  Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Arif Xəlilov idi.

- Arif müəllim, təltif münasibətilə sizi təbrik edirik! Məktəbin nailiyyətləri ilə bağlı qısa bir söhbət üçün zamanınız var?- Məktəbimizin nailiyyətləri haqqında danışarkən bir az həyəcanlı oluram. Bu müsahibə mənim üçün gözlənilməz olsa da, sevinc və qurur hissi keçirirəm. Məktəbdəki təhsilin keyfiyyəti hər zaman şagirdlərin uğurları ilə ölçülür. Bugünkü nəticələr məni bir daha əmin etdi ki, biz düzgün yoldayıq. Hazırda məktəbimiz region üzrə 1-ci yeri tutur. Bu, sadəcə rəqəmlərdən ibarət deyil, arxasında ciddi nəticələr dayanır.

Hər bir şagird haqqında detallı məlumat verildi.

- 2015-ci ildən bu yana məktəbimiz müxtəlif olimpiadalarda bir çox qızıl və gümüş medallara layiq görülüb. Konkret şagirdlərimiz haqqında da danışa bilərəm. 2015-ci ildə məktəbimizdən məzun olan Lalə Ağadadaşova biologiya fənni üzrə Respublika fənn olimpiadasında üçüncü yer tutub və həmin ili məktəbi qızıl medal ilə bitirib. O, eyni zamanda, Kimya üzrə Beynəlxalq Olimpiada komandasının üzvü idi. Hazırda həkim kimi fəaliyyət göstərir.

2017-ci ildə isə Aytən İsayeva “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində ikinci yeri tutub və məktəbi gümüş medal ilə bitirib.  O, hazırda Dövlət Neft Şirkətində yüksək vəzifədə çalışır.

2019-cu ildə isə Maişat Vəlimətova “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində birinci yer tutub. O da məktəbi qızıl medal ilə bitirən şagirdlərimizdəndir. Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bu il fərqlənmə ilə bitirib. Dövlət xətti ilə Böyük Britaniyanın Edinburq Universitetində magistr səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

2022-ci ildə isə digər qızıl medalçımız Murad Pirnəzərov Azərbaycan Tibb Universitetinə 643 balla daxil olub. O, həmin il biologiya üzrə Respublika fənn olimpiadasının üçüncüsü idi. Bu, onun istedadının və uzun illər göstərdiyi səylərin nəticəsidir.

Bu uğurlar göstərir ki, məktəbimizin tədris keyfiyyəti yüksəkdir və müəllim-şagird birliyi böyük nəticələrə gətirib çıxarır.

- Tədbirin gedişində nazir müavini Firudin Qurbanov məktəbinizin adını çəkdi və sizin yaşadığınız məmnunluq hissi üzünüzdən də oxunurdu.- Son 9 il ərzində məktəbimiz üç qızıl və bir gümüş medal əldə edib. Bu uğurlar, təbii ki, fədakar müəllimlərimizin əməyi sayəsində mümkün olub. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm: 2015-ci ildə məktəbimiz "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində iştirak edib. O zaman müsabiqənin qalibi olduq. Bu münasibət ilə mən də “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edildim. Burada müəllim kollektivimizin əvəzsiz zəhmətini qeyd etmək lazımdır.

Artıq 9 il keçməsinə baxmayaraq, bu nailiyyət hər zaman bizim üçün qürur mənbəyidir.

Yeri gəlmişkən, məktəbimiz “Ən yaxşı təqdimat” müsabiqəsində Qusarı 10 dəfədən çox uğurla təmsil edib. Hər dəfə iştirak edərkən rayona medallarla qayıtmışıq. 2017-ci ildə isə şagirdimiz Elnurə Cavadaova müsabiqənin qalibi olub.

Digər şagird Emil Rzaxanov həmin il coğrafiya üzrə Respublika fənn olimpiadasının üçüncüsü olmaq ilə bərabər, “Əlaçı” verilişinin də qalibi olub.

Arif müəllim, məktəbin tarixi kökləri barədə də danışıb.

- 2025-ci ildə məktəbimizin 140 illiyi tamam olur. Bu yubileyi möhtəşəm şəkildə qeyd etmək istərdik. Çünki tarixə nəzər salsaq, 1885-ci ildə Quba qəzasının 5 kəndində - Qusar, İmamqulukənd, Həzrə, Mixailovsk və Qonaqkənddə məktəblər tikilib. Bu faktları akademik Hüseyn Əhmədovun 1985-ci ildə çap olunmuş “XIX əsr Azərbaycan məktəbi” kitabına istinadən səsləndirirəm.

Bu məktəblərdən biri də Qusar şəhərində yerləşən Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəb idi. 1885-ci ildə əsası qoyulmuş məktəbimiz indiyə qədər yüzlərlə savadlı və vətənpərvər məzun yetişdirib.

Mən artıq 12 ildir ki, bu məktəbin direktoru olaraq fəaliyyət göstərirəm. Məktəbin tarixi, uğurları və nailiyyətləri ilə həmişə fəxr etmişəm. Məktəbimizin 140 illiyi münasibətilə bir sıra tədbirlər planlaşdırırıq. Bu tədbirlər bizim üçün yalnız bir yubiley deyil, eyni zamanda, təhsilimizin inkişaf tarixinin bir təntənəsi olacaq.

- Hazırda məktəbdə neçə şagird təhsil alır? Pedaqoji heyətiniz necə nəfərdən ibarətdir?

- Məktəbdə 658 şagird təhsil alır. Məktəb binasının özü 1956-ci ildə inşa edilib və 250 şagird üçün nəzərdə tutulub. Lakin bu gün məktəbimizdə şagird sayı nəzərdə tutulan həddi aşaraq 658 nəfərə çatıb. Bu, məktəbimizin təhsil keyfiyyətinə olan böyük inamın və etimadın göstəricisidir. Bu inamın yaranmasında məktəbin illərdir qoruyub saxladığı ənənələr böyük rol oynayır. Məktəbdə hazırda 50 müəllim fəaliyyət göstərir. Onların hər biri şagirdlərimizin gələcəyinə töhfə vermək üçün əzmlə çalışır.

Məktəbimizin tarixi və ənənələri bizim üçün bir mirasdır və biz bu mirası layiqincə gələcək nəsillərə ötürməyə çalışırıq.

Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin divarlarında illərin izləri, müəllimlərin əzmi və şagirdlərin gələcək ümidləri birləşir. Məktəb sadəcə, bir bina deyil, burada tarix və gələcək bir araya gəlir. Və hər bir uğurlu məzun, hər bir parlaq medal bu böyük mənzərənin bir hissəsinə çevrilir.

140 illik bir tarix, onlarla nailiyyət və minlərlə məzun.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər