Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazi yanır.
Shimal.News xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.
Əlavə məlumat veriləcək.